Terroristlərin iki "naziri" Afrindən qaçdı

Terroristlərin iki "naziri" Afrindən qaçdı


ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, artıq 50 gün davam edən və minlərlə teroristin zərərsizləşməsinə səbəb olan Zeytun Budağı əməliyyatında yeni bir fakt üzə çıxıb. Belə ki, Zeytun Budağı hərəkatının getdiyi Afrində terroristlərin qondarma Müdafiə və Daxili İşlər Naziri olan iki şəxs təşkilatdan qaçmağa çalışıb.

Agentlikdən verilən etibarlı mənbələrə görə Səid İsmət Gubar adlı şəxs Afrini tərk etdikdən sonra  Bəşşar Əsəd rejimin nəzarətində görünən ancaq faktiki olaraq İran dəstəkli silahlı qrupların işğalında olan Nubula gəlib.

Afrindən qaçan digər şəxs isə terroristlərin Daxili İşlər Naziri Həsən Bayram olub. Afrinin rejim zonasına bağlanan Ziyare qapısından çıxmağa çalışan Bayram, burada YPG/PKK  tərəfindən saxlanıb. Qaçma cəhdi uğursuz olan Bayramın yanında küllü miqdarda pul olduğu öyrənildi.

Geri qayıt