Ərdoğan: Afrində 3400 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Afrində 3400 terrorçu zərərsizləşdirilib


Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başlanandan bəri 3400 terrorçu zərərsizləşdirilib.

ONN media “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyanat səsləndirib.

Türkiyə liderinin sözlərinə görə, Türkiyə silahlı qüvvələrinin apardığı döyüş əməliyyatları ərzində heç bir dinc sakin həlak olmayıb.

“Türkiyə silahlı qüvvələri mülki əhalinin təhlükəsizliyinin qeydinə qalmasaydı, Afrin çoxdan alınmışdı” deyə Ərdoğan bildirib.

Geri qayıt