”Apple”-ın dəyəri 925 milyardı keçdi

Apple şirkətinin kapitalizasiyası 925,45 milyard dolları keçib.
ONN media xarici mediaya istinadən xəbər verir ki, şirkətin səhmləri rekord həddə bahalaşaraq 182,39 dollara çatıb. Səhmlərin bahalaşmasına səbəb Amerikanın NASDAQ indeksinin rekord həcmdə artması olub.
Qeyd edək ki, kapitalizasiyanın indiki dəyəri tarixi rekord hesab edilir.