Afrində vəziyyət necədir?-AÇIQLAMA

Afrində vəziyyət necədir?-AÇIQLAMA


Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birgə bu gün axşama qədər Suriyanın Afrin şəhərini nəzarətə götürə bilər. 
 
ONN media Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan muxtarlar toplantısında deyib. O bildirib ki, indiyə qədər Suriyanın Afrin bölgəsində 3444 PYD/YPG terrorçusu zərərsizləşdirilib: “Afrinə bir qədər də yaxınlaşdıq. Ümid edirəm ki, inşallah, axşama qədər Afrin şəhəri nəzarətə götürüləcək”.

Qeyd edək ki, Türkiyə ordusu müxalif Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Suriyanın Afrin bölgəsini PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizləmək üçün “Zeytun budağı” əməliyyatına başlayıb. 

Geri qayıt