Şimali İraqda hava hərəkatı: 10 terrorçu öldürülüb

Şimali İraqda hava hərəkatı: 10 terrorçu öldürülüb


ONN media Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın şimalında əməliyyat keçirilib. Rəhbərlikdən edilən yazılı açıqlamaya görə, üçüncü Piyada Diviziyası komandirliyi ilə İraqın şimalındakı Hakurk və Qanı Rash bölgəsində əməliyyat keçirilib.

Şimali İraqda Hakurk və Qanı Rash bölgələrinə təşkil olunan hava hərəkatında 10 terrorist zərərsizləşdirilib.

Təxminən 10-15 kilometr dərinliyində olan yerlərdə aparılan əməliyyatlar nəticəsində bir çox sığınacaq aşkarlanıb. Bu sığınacaqlarda düşmənin müxtəlif növ silahları ələ keçirilib.

Geri qayıt