İngiltərədən Türk vətəndaşlarına sərt addım

İngiltərədən Türk vətəndaşlarına sərt addım


ONN media xəbər verir ki, İngiltərə Daxili İşlər Nazirliyi, Ankara Müqaviləsi çərçivəsində Türk vətəndaşlarına verdiyi müddətsiz yaşayış icazəsini bu gün ləğv edib.

Ankara Müqaviləsi layihəsinə görə Türk vətəndaşları ilk müraciətlərində 1 il, bu müddətin sonunda isə 3 il viza alırlar və 4-ci ilin başa çatdıqdan sonra müddətsiz yaşayış hüququna malik olurdular. Yeni tənzimləmə ilə bu vəziyyət ləğv olundu.

Artıq Türk vətəndaşları yalnız viza uzatmaq üçün müraciət edə biləcəklər. Hər bir müraciətdə 3 illik yaşayış icazəsi veriləcək. Daxili işlər Nazirliyi, dəyişiklik istiqamətində yeni bir ərizə kateqoriyasını hazırladığını bildirib.

Geri qayıt