Çinin yeni sədri məlum oldu

Ümumçin Xalq Nümayəndələri Yığıncağı ikinci beş il müddətinə ölkənin sədri vəzifəsinə yeni rəhbər seçib.
ONN media "RİA Novosti"yə istinadən xəbər verir ki, bu vəzifəyə Si Cinpin seçilib.
Çin Xalq Respublikasının sədri gizli yolla keçirilən səsvermə ilə seçilib. Si Cinpin həmçinin yenidən Çinin Mərkəzi Hərbi Şurasının başçısı vəzifəsinə seçilib.
Səsvermənin gedişatında Çin Xalq Respublikası sədrinin müavini postuna Çin Kommunist Partiyasının Baş Antikorrupsiya orqanının keçmiş katibi Van Çişan seçilib.