Kanada Ukraynaya 4 milyon dollar ayıracaq

Kanada Ukraynaya 4 milyon dollar ayıracaq


Kanada hökuməti Ukraynaya hərbi təlimlər üçün 4,65 milyon dollar ödəyəcək.

ONN media-nın dünya mətbuatına istinadən verdiyi məlumata görə, Kanadanın xarici işlər naziri bildirib ki, Kanada Ukraynanı qeyd-şərtsiz dəstəkləyir. Nazir əlavə edib ki, Rusiya beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməyəcəyi və Ukraynanın suverenliyinə hörmət göstərməyəcəyi təqdirdə, iqtisadi sanksiyalar vasitəsilə təzyiq göstərməyə davam edəcəklər.

Qeyd edək ki, yanvarın əvvəlində 50 kanadalı əsgər ukraynaya göndərilib.

Geri qayıt