Təyyarədə maraqlı hadisə

Təyyarədə maraqlı hadisə


ABŞ-da "United Airlines” aviaşirkətinə məxsus təyyarə planlaşdırılmamış eniş edib.

ONN media xəbər verir ki, buna səbəb hava gəmisinin göyərtəsində itin aşkar edilməsi olub.

Təyyarənin Nyuark-Sent-Luis marşrutu ilə hərəkət etdiyi bildirilir. Aviaşirkətdən deyiblər ki, it təyyarəyə səhvən yerləşdirilib.

Sonradan o Oqayo ştatının Akron şəhərində yaşayan sahiblərinə qaytarılıb.

Təyyarənin bütün sərnişinlərinə təzminat ödəniləcəyi qeyd olunur.

Geri qayıt