Egey dənizində 22 nəfər batdı

Türkiyədən Yunanıstana doğru hərəkət edən qaçqın gəmisi Egey dənizində batıb.
ONN media xarici KİV-ə istinadla xəbər verir ki, Yunanıstan polislərinin açıqlamasına görə, təxminən 22 nəfər batıb.
Nəticədə 16 nəfər ölüb, 6 nəfər isə itkin düşüb.
Olənlərin altısının uşaq olduğu bildirilir.