Avstraliyada 88 ev yandı

Avstraliyada 88 ev yandı


ONN media xəbər verir ki, Avstraliyanın Viktoriya və Yeni Cənubi Galler əyalətlərindəki yanğınlarda 88 evin yandığı, çox sayda heyvanın da telef olduğu bildirilib.

NSW və Viktoriya yanğınsöndürmə rəsmilərinin verdiyi açıqlamalara görə, həftə sonunda otluq sahədə başlayan yanğınlarda Victoriada 18, NSW-də isə 70 ev yandığı, bir çox heyvanın da telef olduğu bildirilib.

Vətəndaşlar evlərindən təhlükəsiz ərazilərə köçürülüb. Bəzi yerlərdə yanğın söndürülsədə onların evlərinə köçürülməsi üçün icazə verilmiyib.

Geri qayıt