Trampın qızı və kürəkəninin olduğu helikopterdə problem

ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampla əri Cered Kuşnerin olduğu helikopter Vaşinqtona qayıtmalı olub.
ONN media APA-ya istinadən xəbər verir ki, buna səbəb Nyu-Yorka uçmalı olan helikopterin iki mühərrikindən birində yaranan nasazlıq olub.
Hadisə bir neçə gün öncə baş verib. Cütlüyün nümayəndəsi məsələ ilə bağlı hər hansı açıqlama verməyib. Onların hansı səbəbdən təyyarə yerinə helikopterdən istifadə etdiyi bilinmir.
Qeyd edək ki, C. Kuşner prezident Trampın müşaviridir.