İraqda Novruz bayramı tədbirləri ləğv olunub-SƏBƏBİ...

İraqda  Novruz bayramı tədbirləri ləğv olunub-SƏBƏBİ...


İraqın şimalındakı kürd muxtariyyətində Novruz bayramı tədbirləri ləğv edilib.

ONN media “Haber7”yə istinadən xəbər verir ki, bu barədə bölgənin ən böyük əyalətlərindən biri sayılan Süleymaniyyənin valisi Hafal Əbu Bakrın yazılı açıqlamasında bildirilib.

“Afrində baş verən hadisələrlə əlaqədar Süleymaniyyədə üçgünlük yas elan edilib. Novruz bayramı ilə bağlı bütün tədbirlər ləğv olunub”, - açıqlamada qeyd edilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun yanvarın 20-dən davam edən “Zeytun budağı” antiterror əməliyyatı nəticəsində martın 18-də Afrin şəhərinin mərkəzi terrorçulardan təmizləndiyi açıqlanıb. 

Geri qayıt