Mixail Saakaşvilidən ukraynalılara ağlasığmaz vəd

Mixail Saakaşvilidən ukraynalılara ağlasığmaz vəd


Kiyevdə Saakaşvilinin tərəfdarları prezident Pyotr Poroşenkonun istefası tələbi ilə aksiya keçirirlər

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Krımı qaytaracağı ilə bağlı ukraynalılara qəribə vəd verib. 

Bu barədə ONN media  Sputnik Azərbaycan-a  istinadən xəbər verir.

Paytaxt Kiyevin mərkəzinə toplaşan minlərlə tərəfdarı qarşısında video-most vasitəsilə çıxış edən Saakaşvili Rusiya əleyhinə sərt ifadələr səsləndirib. "Kiyev, sizi salamlayıram. Maydanı qaytardıq, inanın Krımı da qaytaracağıq", – Saakaşvili bildirib.

Qeyd edək ki, bu gün Ukraynanın bir çox bölgəsində, xüsusilə də paytaxt Kiyevdə Saakaşvilinin tərəfdarları prezident Pyotr Poroşenkonun istefası tələbi ilə aksiya keçirirlər.



 

Geri qayıt