Texasda yenidən partlayış törədilib

Texasda yenidən partlayış törədilib


Texasın hüquq-mühafizə orqanları son 17 gündə baş vermiş beş partlayışa dair təhqiqatı davam etdirirlər.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, sonuncu partlayış ştatın paytaxtı Ostindən 105 kilometr cənub-qərbdə San-Antonio şəhərinin Şers məntəqəsində ABŞ-ın “FedEx” poçt şirkətinin yerli bölmələrindən birində törədilib. Bu, Ostində baş vermiş əvvəlki dörd partlayışdan fərqlənir. Lakin Federal Təhqiqat Bürosunun nümayəndələri hesab edirlər ki, bütün hadisələr bir-birilə bağlıdır və eyni cinayətkar, yaxud cinayətkar qrupu tərəfindən törədilib. Polis bildirir ki, Ostində partlayışlar eyni tip əldəqayırma bombadan törədilib.

Xatırladaq ki, bu il martın əvvəlindən başlayaraq törədilmiş dörd partlayış nəticəsində iki nəfər ölüb və dörd nəfər yaralanıb. Ostində sonuncu partlayış martın 18-də olub. Partlayışların üçü ev sahibləri qapıya qoyulmuş zərfi açdıqdan sonra baş verib. Dördüncü dəfə bombanı tarım çəkilmiş vəziyyətdə qoyublar və ona iki nəfər toxunub. Onlar ciddi yaralanıb və Ostində xəstəxanaya yerləşdiriliblər.

Geri qayıt