Tramp ifadə verməyə hazırdır

ABŞ prezidenti Donald Tramp Rusiyanın Amerikadakı prezident seçkilərinə müdaxiləsi işi üzrə istintaq çərçivəsində xüsusi prokuror Robert Müllerə ifadə verməyə hazır olduğunu bəyan edib.
ONN media APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Rusiya tərəfi səsləndirilən bütün ittihamları əsassız adlandıraraq, rədd edir.