ABŞ-ın Ukraynaya gözlənilməz hərəkəti

ABŞ Konqresinin Nümayəndələr Palatası 2018-ci ildə Ukraynaya 620,7 milyon dollar yardım edən büdcə layihəsini təsdiqləyib.
ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, bu il ABŞ-ın Ukraynaya etdiyi dövlət yardımı 2017-ci illə müqayisədə çoxdur. Təkcə Ukraynanın müdafiə xərclərinə ayrılan yardım 50 milyon dollardan 200 milyon dollara qədər artıb.
Bu yardıma əsasən Ukraynaya letal (öldürücü) müdafiə silahlarının verilməsi, hərbi qulluqçuların hazırlanması, müdafiə silahlarının, o cümlədən tank əleyhinə raket və qurğuların çatdırılması daxildir.
Büdcə layihəsi Senatda qəbul edildikdən sonra ABŞ Prezidenti tərəfindən imzalanmalıdır.