Rusiyalı müğənnidən gözlənilməz addım

Rusiyalı müğənnidən gözlənilməz addım


Rusiyalı məşhur müğənni Lyubov Uspenskaya təyyarənin göyərtəsində qalmaqal saldığına görə Moskva-Omsk reysindən kənarlaşdırılıb.

ONN media xəbər verir ki, stüardessa onun göyərtəyə iti ilə qalxmasına icazə verməyib. Bundan hiddətlənən müğənni ekipaj üzvləri ilə çənə-boğaz olub.

Heyət üzvləri gərginliyin artmasından sonra polis çağırmaq məcburiyyətində qalıb. Asayış keşikçiləri Uspenskayanın uçmasına icazə verməyib.

Müğənnin sonradan başqa hava reysi ilə Moskvanı tərk etdiyi bildirilir.

Geri qayıt