Türkiyədən Almaniyaya ikinci NOTA

Türkiyədən Almaniyaya ikinci NOTA


Berlinin mərkəzində məscid binası və türk mədəni mərkəzinin yandırılması səbəbilə Türkiyə Almaniyaya ikinci dəfə nota göndərib.

ONN media xəbər verir ki,Bunu Türkiyə XİN-in xüsusi nümayəndəsi Hami Aksoy deyib.

Aksoyun sözlərinə görə, Almaniya hələlik Türkiyənin etiraz notasına cavab verməyib.

Qeyd edək ki, birinci dəfə nota martın 12-də göndərilib.

Türkiyə Almaniyanı türk vətəndaşların təhlükəsizliyinə diqqətlə yanaşmağa və cinayətkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Məlumat üçün deyək ki, 2018-ci ilin əvvəlindən Almaniyada 28 məscidə hücum faktı qeydə alınıb. Ötən il ərzində isə ümumilikdə 100 məscidə hücum olub. 

Geri qayıt