Sərnişin avtobusu qəza törədib-ÖLƏNLƏR VAR

Türkiyənin Aksaray bölgəsində sərnişin avtobusu qəza törədib.
ONN media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İstanbuldan Adıyamana gəzintiyə gedənləri daşıyan avtobus aşıb.
Avtobusun aşması nəticəsində sərnişinlərdən 4-ü ölüb, 37-si isə yaralanıb.
Sürücünün yuxulu olduğu iddia edilir.