Afrinlə bağlı son vəziyyət açıqlandı

Türkiyə Silahlı Qüvvələri ( TSK ) Afrinin terrorçulardan tamamilə təmizləndiyini və ərazidə nəzarətin bütünlüklə ələ keçirildiyini açıqlayıb.
ONN media “TRT Haber”-ə istinadən xəbər verir ki, hazırda insanların evlərinə təhlükəsiz qayıdışı üçün lazımi tədbirlər görülür. Bu çərçivədə TSK əməkdaşları bölgədə əl qumbaraları və mina təmizləmə işlərini davam etdirir.
Qeyd edək ki, Afrin bölgəsində yanvar ayından başladılan “Zeytun budağı” əməliyyatı çərçivəsində 3 min 733 terrorçunun öldürüldüyü deyilir.
Həmçinin, 49 türk əsgəri şəhid olub, 228 nəfər isə yaralanıb.