Misirdə prezident seçkiləri başlayıb

Misirdə prezident seçkiləri başlayıb


Bu gün Misirdə iki namizədin olduğu prezident seçkiləri başlayıb.

ONN media Report-a istinadən xəbər verir ki, seçkilər üç gün ərzində keçiriləcək və martın 28-dək davam edəcək.

Dövlət başçısı vəzifəsi uğrunda Misirin hazırkı prezidenti Abdel Fəttah əs-Sisi və "Əl-Qad" ("Sabah") partiyasının 65 yaşlı lideri Musa Mustafa Musa mübarizə aparacaq.

A.F.Əs-Sisi təkrar seçilmək istəyini bu ilin yanvar ayında elan edib.

İkinci namizəd M.Musa isə Misirdə prezident seçkilərinə qatılmaqla bağlı müraciətini son tarixdən 15 dəqiqə əvvəl qeydiyyatdan keçirib. 

Geri qayıt