Türkiyədə 20-dən artıq terrorçu zərərsizləşdirilib
Türkiyənin şərq əyalətlərində PKK-a qarşı aparılan antiterror əməliyyatları çərçivəsində ötən həftə 24 terrorçu öldürülüb.
ONN media Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada deyilir.
Nazirlik bildirir ki, əməliyyat çərçivəsində həmçinin 300 kiloqram partlayıcı aşkar edilib. Hazırda ölkədə antiterror əməliyyatları davam edir.
