ABŞ diplomatlarına Ukraynanı tərk etməyə icazə verdi

ABŞ diplomatlarına Ukraynanı tərk etməyə icazə verdi

ABŞ Dövlət Departamenti Kiyevdəki səfirliyinin əməkdaşlarının bir hissəsinin və diplomatların ailə üzvlərinin Ukraynanı tərk etməsinə icazə verib.

ONN media xəbər verir ki, bu barədə Dövlət Departamentinin yaydığı bəyanatda qeyd olunub.

Dövlət Departamenti Ukraynadakı ABŞ vətəndaşlarına çağırış edərək onlara kommersiya və ya digər şəxsi avtomobillərdən istifadə edərək, ölkəni indi tərk etməyi tövsiyə edib.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın müharibə təhlükəsi ilə öz diplomatlarını Ukraynadan təxliyə edəcəyi haqda məlumat yayılsa da, Dövlət Departamenti bunu təkzib etmişdi.

Geri qayıt