Aralıq dənizində miqrant qayığı batdı

Aralıq dənizində miqrant qayığı batdı

Aralıq dənizinin Tunis sahillərindən Avropaya yollanan və içərisində 70 qanunsuz miqrantın olduğu qayıq Liviya sahillərində batıb.

ONN media xəbər verir ki, sahil-mühafizə xidmətinin xilasediciləri 6 nəfərin meyitini aşkar ediblər, 30 miqrant isə itkin düşüb.

Qırmızı Xaç Cəmiyyətinin yaydığı məlumatda bildirilir ki, miqrantlar Misir, Mərakeş və Sudan vətəndaşlarıdır. Hazırda axtarış-əməliyyat tədbirləri davam edir. Batan qayıqdan xilas edilənlər isə Ben Querdane limanına aparılıb.

Geri qayıt