Zelenski: Ordumuz NATO səviyyəsindən zəif deyil!

Zelenski: Ordumuz NATO səviyyəsindən zəif deyil!

Ukraynanın NATO səviyyəsindən zəif olmayan güclü ordusu var.

ONN media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında deyib.

“Güclü ordumuz var, ordumuza tam şəkildə inanırıq. Onlar hansısa yeni oğlanlardan ibarət deyil. Bu, ciddi ordudur. Əgər biz NATO səviyyəsində ordudan danışırıqsa, o zaman biz bu səviyyədə dəqiq zəif deyilik. Onlar döyüşdülər, öz yoldaşlarını dəfn etdilər və öz vətənlərini qorudular, atəş açdılar və öldürdülər”, - deyə dövlət başçısı bildirib.

Geri qayıt