Rusiya "İsgəndər”lərlə təlimlərə başladı

Rusiya “İsgəndər-M” ballistik raketlərinin iştirakı ilə təlimlərə başlayıb.
ONN media xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsindən məlumat verilib.
Kursk vilayətində keçirilən təlimdə ümumilikdə 300-ə yaxın əsgər, 50-dən çox hərbi və xüsusi texnika iştirak edib.
Kursk vilayətindəki Postoyiye Dvory poliqonunda keçirilən təlimdə hədəflərə qarşı elektron atış aparılıb.