Türklər bu silahla bizdən üstün olacaq - Afinadan baxış

Türklər bu silahla bizdən üstün olacaq - Afinadan baxış

Yunanıstanda iqtisadi vəziyyətin zəifləməsinə baxmayaraq, hakimiyyətin silahlanmaya can atması ölkə daxilində böyük səs-küyə səbəb olmaqda davam edir.

ONN media xəbər verir ki, Yunanıstan Kommunist Partiyasından deputat olan Tanasis Pafilis məsələ ilə bağlı sərt mövqe sərgiləyib.

“Hansı hərbi-texnika ilə üstünlüyümüzü təmin edəcəyik? “Rafale” qırıcıları yunanları necə üstün edəcək? Bununla bağlı edə biləcəyiniz heç nə yoxdur. Bundan başqa, Türkiyə bizim sualtı qayıqlardan daha müasir olan U-214 tipli qayıqlar alacaqlar. Hansı təchizat mükəmməlliyini təmin edəcəyik?” – deputat deyib.(axar.az)

Geri qayıt