Putin-Makron görüşü 3 saatdır davam edir

Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emmanuel Makron arasında Moskvada görüş başlayıb.
Putin ölkələr arasında təmasların heç vaxt dayanmadığını, lakin şəxsi görüş formatında müzakirə edilməli olan bir çox məsələlərin yığılıb qaldığını bildirib.
O qeyd edib ki, ötən ilin 11 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artaraq pandemiyadan əvvəlki səviyyəyə çatıb.
“Bu, təbii ki, ümumilikdə iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün belə xoş ab-hava yaradır”, - Putin söyləyib.
O, Moskvanı narahat edən təhlükəsizlik məsələlərinin həllində iştirakına görə Parisə təşəkkür edib:
"Və deməliyəm ki, bütün bu illər ərzində Fransa Avropa təhlükəsizliyinin fundamental məsələlərinin həllində ən fəal iştirak edib”.
***
Putinlə Makronun görüşü artıq 3 saatdır ki, davam edir.
Bu barədə TASS məlumat yayıb.
Görüşün sonunda prezidentlərin mətbuata açıqlamalar verəcəyi gözlənilir.