Bayden Makronla danışdı

Bayden Makronla danışdı

Bayden çərşənbə günü Makronun Moskva və Kiyevə səfərindən sonra onunla danışıb.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Psaki qeyd edib ki, ABŞ Prezidenti bu həftə digər avropalı həmkarları ilə də əlaqə yaradacaq.

Ağ Evin mətbuat katibi bundan əvvəl vurğulayıb ki, ABŞ və Fransa müxtəlif səviyyələrdə əlaqələr saxlayır. Bayden və Makron daha əvvəl də telefon danışığı aparıb. Liderlər Ukrayna ətrafındakı vəziyyəti müzakirə ediblər.

Geri qayıt