ATƏT Ukraynada fəaliyyətini davam etdirəcək

ATƏT-in Ukrayna üzrə Xüsusi Monitorinq Missiyası bu ölkədə işini yerinə yetirməyə davam edəcək.
Bunu ATƏT-in baş katibi Helqa Şmid deyib.
"Mən ATƏT-in Xüsusi Monitorinq Missiyası və ATƏT-in Ukraynadakı Layihə Əlaqələndirici Ofisinin müstəsna işinə görə çox minnətdaram. Onlar öz fəaliyyətini fasiləsiz yerinə yetirməyə davam edəcəklər", - Şmid tviter səhifəsində vurğulayıb