Rusiya Ukraynaya bu tarixdə hücum edəcək – ABŞ-dan yeni AÇIQLAMA

Rusiya Ukraynaya bu tarixdə hücum edəcək – ABŞ-dan yeni AÇIQLAMA

Rusiya iki həftə ərzində Ukraynaya hücuma başlayacaq.

Bu barədə ABŞ Quru Qoşunlarının keçmiş komandanı Ben Hodqes deyib.

Onun sözlərinə görə, Rusiyanın hücumu genişçaplı olmayacaq.

“Əməliyyatlar Qara dəniz və Azov dənizində ola bilər. ABŞ bu problemi həll etmək istəyirsə, Türkiyə ilə birlikdə hərəkət etməlidir”, - o bildirib.

Qeyd edək ki, “Politico” nəşri ABŞ prezidenti Co Baydenin Avropalı müttəfiqləri ilə videokonfrans formatında görüşü zamanı Rusiyanın Ukraynaya fevralın 16-da hücum edəcəyini bildirdiyinə dair məlumat yayıb.

Geri qayıt