Azərbaycan vətəndaşları Ermənistanda mülklər alıb

“2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib”.
ONN media xəbər verir ki, Ermənistanın Kadastr Komitəsi məlumat verib.
Komitənin məlumatına görə, Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.
Qeyd edək ki, burada söhbət etnik mənsubiyyətindən yox, Azərbaycan vətəndaşlığı olan şəxslərdən gedir. Onların milliyyətcə azərbaycanlı olub-olmadığı məlum deyil.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə, 1-i dəyişdirilib. Bundan əlavə, 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alıblar.
Ən çox alış 2016 (8), 2017 (14), 2019 (18) və 2021 (8) illərində olub.
Onu da qeyd edək ki, sözügedən müddət ərzində Türkiyə və Azərbaycanda qeydiyyatdan keçmiş hüquqi şəxslər Ermənistanda daşınmaz əmlak sahəsində heç bir əməliyyat həyata keçirməyiblər.(ölkə.az)