Türkiyədən PKK-ya zərbə: 10 terrorçu məhv edildi

Türkiyə Silah Qüvvələri Suriyanın şimalında PKK silahlılarına zərbələr endirib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, "Fərat qalxanı" antiterror əməliyyatı bölgəsində təxribata cəhd göstərən 4 terrorçu, "Sülh çeşməsi" antiterror əməliyyatı bölgəsində isə 6 terrorçu məhv edilib.
Nazirlik bölgədə əməliyyatların davam etdirildiyini vurğulayıb.