Lavrovdan Blinkenə: Aqressiv ritorika qəbuledilməzdir

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş verib.
Bu barədə “Röyters” məlumat yayıb.
Telefon söhbəti zamanı Sergey Lavrov Entoni Blinkenə aqressiv ritorikanın qəbuledilməz olduğunu bildirib.
“Lavrov Vaşinqton və müttəfiqləri tərəfindən səslənən aqressiv ritorikanın qəbuledilməz olduğunu xüsusi vurğuladı”, - Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.