“İşğal günü” Kiyevdə SSRİ-nin himnini oxudular - VİDEO

ABŞ-ın “16 fevral işğal günü” haqda informasiyası özünü doğrultmayıb.
ONN media xəbər verir ki, “işğal günü” Maydanda SSRİ-nin himni səsləndirilib.
“Röyters” agentliyi “işğal günü” ilə bağlı Kiyevin mərkəzindən canlı yayıma başlayıb. Canlı yayımın ortasında naməlum şəxslərin SSRİ-nin himnini səsləndirdiyi eşidilir. Sovet himni ilə yanaşı, digər musiqi səsləri də eşidilir.