Bolsonaro Putinlə görüşdü

Bolsonaro Putinlə görüşdü

Braziliya Prezidenti Jair Bolsonaro Moskvaya rəsmi səfərə gəlib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bolsonaro ilə rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib. Görüşdə ikitərəfli məsələlərlə yanaşı, Ukrayna ətrafındakı vəziyyət müzakirə olunub. Bundan əlavə, Bolsonaro Putini Braziliyaya səfərə dəvət edib. Putin də öz növbəsində dəvəti qəbul edib.

Bildirilib ki, səfərin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

Geri qayıt