İki sərnişin təyyarəsi toqquşub-SON DƏQİQƏ

İsrailin paytaxtı Tel-Əviv şəhərinin beynəlxalq hava limanında iki sərnişin təyyarəsi toqquşub.
ONN media Ölkə.az-a istinadən xəbər verir ki, Almaniyaya və İsrailə məxsus iki təyyarə eniş zolağında toqquşub.
“Haaretz” qəzetinin xəbərinə əsasən, “Germania” avia şirkətinə məxsus “Boeing 737” tipli təyyarə arxa quyruğu ilə İsrailin “El Al” şirkətinin “Boeing 767” tipli təyyarəsinə çırpılıb.
Hər iki təyyarə ciddi zədə alıb. Amma sərnişinlər arasında xəsarət alan yoxdur.