3.500 il əvvələ aid sivilizasiya kəşf edildi

Amazon meşələrini peyk görüntüləri ilə incələyən arxeoloqlar bölgədə antik dövrə aid izlərə rast gəliblər.
ONN media xəbər verir ki, avropalılar Amerika qitəsinə köç etmədən əvvəl yağış meşələrində insan cəmiyyətləri yaşayıb.
Görüntüləri incələyən alimlər eramızdan əvvəl 1500-2000-ci illərə aid yaşayış məskənləri aşkar ediblər.
Braziliyanın Mato Qrosso əyalətində aparılan araşdırmalar zamanı o dövrə aid bir sıra ferma və yollar, tarla izləri kəşf edilib.