Trampdan QALMAQALLI dəyişiklik

Trampdan QALMAQALLI dəyişiklik


ABŞ prezidenti Donald Tramp öz administrasiyasında növbəti dəfə dəyişikliklər edəcək.

ONN media xarici mətbuata istinadən bildirir ki, Tramp bu dəfə öz şəxsi həkimi, admiral Ronni Ceksonu veteranların işləri üzrə nazir vəzfəsinə gətirmək istəyir.

Bu barədə prezident "Twitter” hesabında bunları yazıb:

"Bildirməyə şadam ki, tibb elmləri doktoru, hörmətli admiral Ronni Ceksonun namizədliyini veteranların işləri üzrə yeni nazir kimi irəli sürmək niyyətindəyəm. Hələlik müdafiə nazirliyindən möhtərəm Robert Uilki nazir vəzifəsini icra edəcək. Doktor Devid Şulkinə ölkəmizə xidmətinə görə minnətdaram”.

Qeyd edək ki, Ronni Ceksonun namizədliyini Senat təsdiq etməlidir. 

Geri qayıt