Avtobus qəzaya uğrayıb: bir ölü, 21 yaralı

Avtobus qəzaya uğrayıb: bir ölü, 21 yaralı


Ankara əyalətinin Polatlı rayonunda kənd təsərrüfatı işçilərini daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, 21 nəfər yaralanıb.

ONN media “Haber7”yə istinadən xəbər verir ki, bunu Polatlı rayon icara başçısı Mahmut Nedim Tuncer bildirib.

Onun sözlərinə görə, qəzanın baş verməsinə səbəb yağışdan sonra yolların sürüşkən olmasıdır.

Bildirilib ki, avtobus  rayonun Yassıhöyük və Yeni Köseler kəndləri arasında kənd təsərrüfatı işçilərini daşıyımış. 

Geri qayıt