Rusiyadan ABŞ-a cavab: Konsulluq bağlanır

Rusiyadan ABŞ-a cavab: Konsulluq bağlanır


Rusiya ABŞ-ın Sank Peterburqdakı konsulluğunu bağlamaq barədə qərar qəbul edib.

ONN media-nın məlumatına görə, Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb ölkələrindən çıxarılan rus diplomatlarının sayı qədər əcnəbi diplomatları yola salacaqlar.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin sabiq zabiti Sergey Skripalın Solsberidə zəhərlənməsindən sonra Britaniya Rusiyanın 23 diplomatını ölkədən çıxarıb. Martın 25-də isə Britaniya ilə həmrəylik nümayiş etdirən ABŞ, Avropa Birliyi ölkələri və bəzi digər dövlətlər ümumilikdə 140-dan çox Rusiya diplomatını "arzuolunmaz şəxs" elan ediblər.

Geri qayıt