Türkiyədə yaşamaq istəyənlərin NƏZƏRİNƏ

Türkiyədə iyulun 1-dən şəhər ərazilərində xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı kvota azaldılacaq.
ONN media xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat yayıb.
“İyulun 1-dən şəhərlərdə xarici vətəndaşlar üçün yaşama icazəsinin verilməsi ilə bağlı yaşama kvotası 25%-dən 20%-ə endiriləcək. Azı 1200 rayon mövcud kvotanı aşdığı üçün xarici vətəndaşların üzünə bağlanacaq”, - Soylu qeyd edib.