Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq

Rusiya 50 britaniyalı diplomatı ölkədən çıxaracaq


Rusiyadakı britaniyalı diplomatların sayının Britaniyadakı rusiyalı diplomatların sayı ilə bərabərləşməsi üçün Böyük Britaniya diplomatik missiyasının 50-dən çox əməkdaşı vətəninə dönməlidir.

ONN media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Feysbuk” səhifəsində bildirib.

M.Zaxarova bundan əvvəl 23 rusiyalı diplomatın Britaniyadan çıxarıldığını xatırladıb. Londonun bu addımına cavab olaraq Moskva da 23 britaniyalı diplomatı ölkədən çıxarmışdı.

Geri qayıt