Əfqanıstanda hərbçilərə hücum: 2 ölü

Əfqanıstanda hərbçilərə hücum: 2 ölü


Əfqanıstanın şimalında Sari-Pul əyalətində baş vermiş hücum nəticəsində iki hərbçi həlak olub.

ONN media bildirir ki, hücumu "Taliban" silahlıları həyata keçirib.

Qeyd olunur ki, nəzarət-buraxılış məntəqəsinə hücum 30 dəqiqə davam edib. Atışma nəticəsində daha 3 hərbçinin yaralandığı bildirilir.

Silahlıların itki verib-verməməsi barədə məlumat verilməyib.

Geri qayıt