Türkiyə 100 terrorçunu məhv etdi

Türkiyə 100 terrorçunu məhv etdi


Müxtəlif tipdə 34 silah və 59 əldə düzəlmə partlayıcı müəyyən edilərək götürülüb

 Türkiyə Silahlı Qüvvələri son bir həftədə 108 terrorçunu məhv edib. 

ONN media Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumat Türkiyə Silahlı Qüvvələrindən verilib.

Bildirilib ki, Terrorla Mücadilə Hərəkatı çərçivəsində 31 mart – 06 aprel tarixlərində 4-ü lider olmaqla 108 terrorçu məhv edilib. Müxtəlif tipdə 34 silah və 59 əldə düzəlmə partlayıcı müəyyən edilərək götürülüb.



 

Geri qayıt