Rusiya HƏDƏLƏDİ: Sərt cavab verəcəyik

Rusiya ABŞ-ın yeni sanksiyalarına cavab verib.
ONN media Ölkə.az-a istinadən xəbər verir ki, açıqlamanı Rusiyanın xarici işlər nazirliyi verib. Açıqlamaya əsasən, Rusiyanın sanksiyalara cavabı sərt olacaq.
Rəsmi Moskvanın açıqlamasında ABŞ-ın sanksiyaları “Rusiyaya qarşı bir hücum” kimi qiymətləndirilib:
“Rusiyanı belə sanksiyalarla yolundan döndərmək mümkün deyil. Vaşinqton şəxsi mülkiyyət və başqalarının pulunu əlindən almağın oğurluq olduğunu unudur. ABŞ rəqiblərini qlobal bazardan silmək üçün bu cür üsullara əl atır”.