Məşhur aktyor əşyalarını hərraca çıxardı

Məşhur Hollivud ulduzu Rassel Krou şəxsi əşyalarını hərraca çıxarıb.
ONN media xəbər verir ki, bu barədə Sotheby’s hərrac evi məlumat yayıb.
Hərracdan 3 milyon dollara yaxın vəsait əldə edildiyi bildirilir.
Hərraca çıxarılanlar arasında 54 yaşlı aktyorun şəxsi əşyaları və filmlərin çəkilişində istifadə olunan rekvizitlər var.