Almaniya DİN: Münsterdə baş verən hadisənin terrorla əlaqəsi yoxdur

Almaniyanın Münster şəhərində baş verən insidentlə bağlı araşdırmalar davam etdirilir. Lakin deyə bilərik ki, bu hadisənin terrorçuluqla heç bir əlaqəsi yoxdur.
ONN media TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Horst Zeehofer deyib.
“Əldə olunan məlumata əsasən, cinayətkar tək başına hərəkət edib. Terror özəkləri ilə heç bir əlaqə müəyyən edilməyib”,- deyə o bildirib.