Misir polisi terrorun qarşısını aldı - Ölənlər və yaralananlar var

Misir polisi terrorun qarşısını aldı - Ölənlər və yaralananlar var


Misir polisi Şimali Sinay vilayətində, Əl-Arişədə silahlıların keçid-mühafiə məntəqələrinə iki hücumunun qarşısını alıb.

ONN media - nın məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, silahlı toqquşma zamanı 3 terrorçu məhv edilib.

Telekanalın məlumatına görə, silahlı ekstremistlər buraxılış məntəqəsinə atəş açıblar. Bundan sonra ölkənin Daxili İşlər Nazirliyinin əməkdaşları 3 terrorçunu məhv edib. Daha 2 terrorçu isə yaralanıb.

Geri qayıt